<b>Saakaşvili haqda növbəti <span style="color:red;">HƏBS QƏRARI </b>
26 yanvar 2018 18:58 (UTC +04:00)

Saakaşvili haqda növbəti HƏBS QƏRARI

Apellyasiya Məhkəməsi Kiyev Məhkəməsinin Mixail Saakaşvili haqda çıxardığı qərarı qüvvədə saxlayıb. Lent.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq meri haqda axşamlar üçün ev dustaqlığı qərarı çıxarılıb. Belə ki, M. Saakaşvili axşam saat 22:00-dan növbəti gün səhər 7:00-dək evdən çıxa bilməyəcək.

 

Həmçinin, Saakaşvili prokurorun icazəsi olmadan Kiyevi tərk edə bilməz.

 

Qərar açıqlanan zaman məhkəmə zalındakı Saakaşvilinin tərəfdarları hay-küy salıb. Bu səbəbdən də siyasətçinin axşam ev dustaqlığında nə qədər qalacağı və ona elektron qolbağın taxılıb-taxılmayacağı məsələsi ayırd edilməyib.

 

Qeyd edək ki, bu gün Kiyevin Apellyasiya Məhkəməsində pokurorun şikayəti əsasında Saakaşvilinin işinə baxılıb. Prokuror Saakaşvilinin sutkalıq ev dustanlığına mütləq şəkildə elektron qolbağın taxılmasını şərti ilə buraxılmasını xahiş etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar