Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü
08 noyabr 2016 07:08 (UTC +04:00)

Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

ABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.

 

Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub. O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar