Bələdiyyə sədrinin otel otağında meyiti tapıldı
23 iyul 2015 10:48 (UTC +04:00)

Bələdiyyə sədrinin otel otağında meyiti tapıldı

Rusiyanın vəzifəli şəxsi Türkiyədə ölü tapılıb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Rusiyanın Tver vilayətinin Vışni Valaçok Bələdiyyəsinin sədri Pantyuşkin Antalyanın Kəmər bölgəsindəki otellərin birində ölü tapılıb.

 

Məlumata görə, Kəmərə istirahət etmək üçün gedən bələdiyyə sədrindən dostları xəbər ala bilməyib. Buna görə dostları polisə və otel rəhbərliyinə müraciət edib. Müraciət əsasında aparılan əməliyyatda  Pantyuşkinin meyiti otağında tapılıb.

 

Bələdiyyə sədrinin cəsədi ekspertiziya verilib. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Səlcuq Elçin

Oxşar yazılar