Rusiyalı müstəntiqlər Ankara Baş Prokurorluğunda
26 dekabr 2016 22:48 (UTC +04:00)

Rusiyalı müstəntiqlər Ankara Baş Prokurorluğunda

0

Səfir Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar istintaqda iştirak etmək üçün Türkiyəyə səfər edən rusiyalı müstəntiqlər Ankara Baş Prokurorunun müavini Cem İşçimenlə görüşüblər.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş iki saatadək davam edib.

 

Görüşün təfərrüatları barədə məlumat verilmir.

 

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar