Rusiyada zəlzələ
25 iyul 2016 05:46 (UTC +04:00)

Rusiyada zəlzələ

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar  yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə  qeydə alınıb.

 

Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib.Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar