Rusiyada vahid səsvermə gününə yekun vurulub
Rusiya Federasiyasının 85 bölgəsində vahid səsvermə günü başa çatıb.
APA TASS-a istinadla xəbər verir ki, ümumilikdə ölkə üzrə müxtəlif səviyyələrdə 5 mindən çox yerlərə, o cümlədən 13 qanunverici məclisə seçkilər keçirilib.
Qeyd edək ki, sentyabrın 8-də keçirilən birbaşa seçkilər zamanı 16 bölgədə qubernatorlar, 22 inzibati mərkəzdə şəhər duması, üç regional paytaxtda bələdiyyə başçıları seçilib.
Bundan əlavə, Dövlət Dumasında dörd birmandatlı seçki dairəsində (Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orel bölgələrində) əlavə seçkilər keçirilib.
637