Rusiyanın Mari El Respublikasında fərdi evdə yanğın baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Medvedevsk rayonunda qeydə alınıb.
Hadisə nəticəsində 2010 və 2014-cü il təvəllüdlü 2 qız uşağı yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb. Ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb.
Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.