Rusiya və Türkiyə birgə investisiya fondunun yaradılmasını tezləşdirməyə dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu RF-in iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
Onun sözlərinə görə, birgə investisiya fondunda Rusiyanı Birbaşa Sərmayələr Fondu təmsil edəcək. Türkiyə ayın sonunadək təmsilçisini müəyyən edəcək.