Rusiya bu gündən etibarən Türkiyə ilə müntəzəm hava əlaqəsini bərpa edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosaviasiya”dan bildirilib.
Rusiya Nəqliyyat Nazirliyindən bu xəbər təsdiqlənib.
Qeyd edək ki, Rusiya-Türkiyə hava əlaqəsi hərbi çevrilişə cəhddən sonra iyulun 16-dan dayandırılmışdır.