Rusiya Dövlət Dumasının sədri Gürcüstandakı vəziyyəti şərh edib
21 iyun 2019 04:19 (UTC +04:00)

Rusiya Dövlət Dumasının sədri Gürcüstandakı vəziyyəti şərh edib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Gürcüstanda baş verənlərə münasibət bildirib.
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , Dumanın spikeri Gürcüstan hakimiyyətini beynəlxalq tədbirlərin keçirilməsi normalarını pozmaqda günahlandırıb.
 
 
"Gürcüstan rəhbərliyinin iyunun 20-də Provaslav Parlamentlərarası Assambleyasının sessiyasını keçirən zaman fəaliyyəti beynəlxalq tədbirlərin keçirilməsi normalarına ziddiyyət təşkil edir. Həmin tədbirin keçiriləcəyi məkan və təşkili  əvvəlcədən gürcü tərəfi ilə razılaşdırılıb. Gürcüstan təşkilatçı ölkə kimi vacib beynəlxalq forumun keçirilməsinə və onun iştirakçılarının təhlükəsizliyinə məsuliyyət daşıyır", - deyə V.Volodin bildirib.
 
 
Onun sözlərinə görə, gürcü tərəfi tədbirin keçirilməsi şərtlərini redd edib və tədbirin keçirilməsini təmin edə bilməyib: "Gürcüstan hökuməti Rusiya nümayəndə heyətini hücumlardan qoruya bilməyib. Radikal qüvvələrin aksiyası təkcə Rusiya nümayəndə heyətinə qarşı yönəlməyib, Provaslav Parlamentlərarası assambleyasının bütün 25 ölkəsinə qarşı yönəlib" .
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar