Rusiya baş nazirinin müavini: “ABŞ 6 saat ərzində bizi məhv edər”
28 iyun 2013 14:43 (UTC +04:00)

Rusiya baş nazirinin müavini: “ABŞ 6 saat ərzində bizi məhv edər”

“ABŞ yüksək dəqiqlikli qeyri-nüvə silahı ilə müharibənin ilk saatı ərzində Rusiyanın strateji nüvə potensialının 80-90 faizini məhv etməyə qadirdir”.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Güclü olamaq: Rusiyanın milli təhlükəsizliyinin zəmanəti” mövzusunda keçirilən elmi-praktik konfransda söyləyib.

 

Müasir dövrdəki müharibələrdə yeni silah növlərinin imkanlarını qiymətləndirən Dmitri Roqozin bildirib ki, keçən ilin sonlarında Pentaqonda  müasir kompüter texnologiyalarından istifadə etməklə “hərbi oyun” təşkil edilib. Hərbi oyunun nəticələrinə görə, ABŞ 3-4 min yüksək dəqiqlikli silahın köməyi ilə düşmənin əsas infrastruktur obyektlərini 6 saat ərzində məhv edə və onu müqavimət göstərmək imkanlarından məhrum edə bilər. Dmitri Roqozin təhlükəni dəf etmək üçün Rusiyanın yeni silah növləri yaratmasına ehtiyac olduğunu söyləyib: “Bu silah növləri müasir telekommunikasiya texnologiyalarından asılı olmamalıdır, çünki bu halda bir neçə dəqiqə ərzində sıradan çıxarıla bilər”.

 

# 1610
avatar

Oxşar yazılar