Rus gəmisi İstanbul sahillərinə yan aldı
03 dekabr 2016 00:40 (UTC +04:00)

Rus gəmisi İstanbul sahillərinə yan aldı

0

İki yük gəmisi axşam saatlarında fırtınaya görə kəndirləri qopduğundan İstanbulun Qartal sahilinə yan alıb.

 

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bölgəyə sahil təhlükəsizlik qüvvələri, dəniz polisi, həkimlər briqadası, yanğınsöndürənlər və təcili tibbi yardım xidmətləri cəlb olunub.

 

Gəmilərdən birinin heyət üzvü xilas olunsa da, digərinin içindəki işçilərin qurtarılması üçün iş aparılır.

 

Sahilə yan alan gəmilərdən birinin Rusiyaya məxsus olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar