Naməlum şəxslər Rio-de-Janeyro hava limanı yaxınlığında Monteneqrodan olan nümayəndə heyətinin üzvlərini qarət ediblər.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Braziliya Olimpiya Komitəsi yayıb.
Məlumatda həmçinin Monteneqro nümayəndə heyətinin olduğu Beynəlxalq Olimpiya Komitəsinin xidməti avtomobilinin qaçırıldığı, oğruların maşını qəza vəziyyətinə saldığı və silahla hədə-qorxu gəlməklə monteneqroluların şəxsi əşyalarını aldıqları bildirilib.
"Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Braziliyada konsulluq işlərinə cavabdeh olan Monteneqronun Argentinadakı səfirliyi Braziliya XİN-ə hadisə ilə bağlı nota göndərəcək", - deyə məlumatda vurğulanıb.