AB rəsmi Kiyevin nümayəndəsini qəbuldan imtina etdi - YENİLƏNİB
04 dekabr 2013 01:05 (UTC +04:00)

AB rəsmi Kiyevin nümayəndəsini qəbuldan imtina etdi - YENİLƏNİB

Avropa Komissiyası dekabrın 4-də rəsmi Ukraynanı göndərəcəyi nümayəndə heytini qəbul edəcəyini təsdiqləməyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Avropa Birliyinin ali komissarı Ketrin Eştonun təmsilçisi Maya Kosyançiç deyib ki, qurum assosiasiya ilə bağlı artıq paraflanmış mətnə dair yeni danışığa başlamayacaq.

 

«Biz Ukrayna ilə Assosiasiya haqqında razılaşmanın və azad ticarət zonasının çeşidli aspektlərinin gerçəkləşdirilməsini müzakirə və bunun Ukraynaya verəcəyi xeyirin konkret məqamlarını izah etməyə hazırıq» - deyə, təmsilçi bildirib.

 

Görüşlə bağlı o, bunları söyləyib: «Bu görüşün vaxtı diplomatik kanallarla müəyyənləşdirilməlidir. Belə bir razılaşma əldə edildikdən sonra elan edəcəyik»

***

01.01

Ukraynanın baş naziri Nikolay Azarov bildirib ki, rəsmi Kiyev iki nümayəndə heyəti formalaşdırıb.

 

Lent.a-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hökumət başçısı deyib ki, dekabrın 4-də onlardan biri Brüsselə Ukraynanın Avropa Birliyinə assosiasiya məsələsini müzakirə etməyə, o biri isə Rusiyaya yollacanaq.

 

«Brüsselə gedəcək nümayəndə heyətimiz Ukraynaya əlverişli şərtlərlə Avropaya inteqrasiya haqda müqavilənin imzalanması imkanlarını müzakirə edəcək. Eyni zamanda Rusiya ilə strateji əməkdaşlığımızı gücləndirmək üçün Moskvaya heyət  göndəririk»-deyə, baş nazir bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar