Çeçenistanın rəhbəri Ramzan Kadırov “Çeçenavto”nun terrorçuların məhv edilməsi üçün hazırladığı döyüş maşınını sınaqdan keçirib.
APA TV-nion məlumatına görə, “Çeçenavto” avtomobil zavodunun istehsalı olan maşınlar tezliklə Rusiya xüsusi təyinatlılarının istifadəsinə veriləcək. Hələlik bu döyüş maşınlarından cəmi bir neçə nüsxə istehsal edilib. Onlardan birini Ramzan Kadırov poliqonda sınayıb və razı qalıb.
Rusiya istehsalı olan döyüş maşınının qiyməti hələlik məlum deyil. Amma xüsusi təyinatlılar üçün bu cür maşınların dünyadakı analoqlarının qiyməti 150 min dollar civarındadır.