Qvatemala prezidenti Cimmi Morales ABŞ-ın yolu ilə gedərək ölkənin İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etdiyini bildirib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, o, bu barədə öz "Facebook" səhifəsində məlumat yerləşdirib.
"Bu gün mən İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdım…Vacib mövzulardan biri Qvatemala səfirliyinin Qüdsə geri qaytarılması oldu. Bildirirəm ki, mən bunun belə də oması üçün xarici işlər nazirinə müvafiq işlərə başlamaq barədə göstəriş vermişəm", — deyə o əlavə edib.