<b>Qəddafinin edam cəzası alan oğlu azadlıqda </b>
07 iyul 2016 18:29 (UTC +04:00)

Qəddafinin edam cəzası alan oğlu azadlıqda

0

Liviyanın  öldürülən prezidenti Muammer Qəddafinin edam cəzasına məhkum edilmiş oğlu sərbəst buraxılıb. 

 

Lent.az-ın “haberturk.com.tr”yə istinadən məlumatına görə,  Seyfüislam Qəddafi saxlandığı həbsxandan azad edilib.

 

"France 24" kanalına danışan S. Qəddafinin vəkili Kerim Han deyib ki, keçən il Liviyada edam cəzasına məhkum edilən Qəddafi bu il aprelin 12-də sərbəst buraxılıb. O bildirib ki, Seyfüislam Qəddafi əfvə düşüb.

 

Qeyd edək ki, Seyfüislam Qəddafi 2011-ci ildə saxlanılıb. O, dinc əhalinin etirazı zamanı onları öldürməkdə təqsirli bilinib. Məhkəmə onu edam cəzasına məhkum edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar