Belçikada qatarın relsdən çıxması səbəbindən 1 nəfər ölüb və 27 nəfər isə xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fransa ilə həmsərhəd De-Panne şəhərinə gedən qatar ölkənin mərkəzindəki Lüven vağzalını tərk etdikdən az sonra relsdən çıxıb və aşıb.
Hadisə yerinə baş nazir Şarl Mişel gəlib. İnsidentlə əlaqədar qatarların hər iki istiqamətdə hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Qəzanın səbəblər araşdırılır.