Putinin məşhur mətbuat konfransı təxirə düşdü
21 dekabr 2016 11:25 (UTC +04:00)

Putinin məşhur mətbuat konfransı təxirə düşdü

0

Artıq neçə illərdi Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda böyük mətbuat konfransı keçirir . Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu məşhur konfrans təxirə düşür. Hansı ki, bu konfransa dünyanın hər yerindən mətbuat nümayəndələri qatılır. Və onlar artıq Moskvadadır.

 

Bunun isə səbəbi Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andery Karlovun dəfn mərasimdir. Bu barədə mediaya Rusiya prezidentinin mətbuat katibi Dmtri Peskov xəbər verib.  Onun sözlərinə görə, səfir sabah - dekabrın 22-də dəfn ediləcək.

 

Qeydiyyatdan keçən xeyli sayda media nümayəndələrinə isə bunlar bildirilib: "Jurnalistlərin akkreditasiyası və mətbuat konfransının keçirilməsi ilə bağlı əvvəlki şərtlər qüvvəsindədir”.

 

Peskovun sözlərinə görə, mətbuat konfransı dekabrın 23-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar