Putin və Ərdoğan Suriyadakı atəşkəsi müzakirə etdilər
29 dekabr 2016 21:11 (UTC +04:00)

Putin və Ərdoğan Suriyadakı atəşkəsi müzakirə etdilər

0

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı olub.  

 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər  Suriyada əldə olunmuş atəşkəs razılaşmasını və Astanada keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.   

 

Prezidentlər atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.  

 

Tərəflər Suriya hökuməti və mötədil müxalifət arasında Rusiya və Türkiyə vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan məmnun olduqlarını ifadə ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar