Putin Suriya müxalifətinin “Cəbhə ən-Nüsrədən” ayrılmasını Ərdoğanla müzakirə etdi
19 oktyabr 2016 01:57 (UTC +04:00)

Putin Suriya müxalifətinin “Cəbhə ən-Nüsrədən” ayrılmasını Ərdoğanla müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı Suriyadakı böhranın həlli məsələlərini, mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılmasını müzakirə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.    

 

Putin mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılmasının çox vacib olduğunu qeyd edib.  

 

Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar