Putin rublun kursunu nəzarətdə saxlamağı tapşırdı
25 dekabr 2014 18:25 (UTC +04:00)

Putin rublun kursunu nəzarətdə saxlamağı tapşırdı

 

 

“Yola saldığımız il asan olmadı, lakin hökumət ümumən iqtisadiyyatdakı çətinliklərin öhdəsindən layiqincə gəlir”.APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə keçirdiyi ilin yekun görüşündə deyib.

 

V. Putin ölkədəki iqtisadi vəziyyətin üzərində xüsusi dayanıb: “Hər şeyi nəzarətdə saxlamaq lazımdır. Ehtiyac yaranarsa - baxmayaraq ki, bu, kiminsə xoşuna gəlmir, halbuki indiki vəziyyətdə qəti şəkildə zəruridir - belə demək mümkündürsə, əl ilə idarəetmə rejimini işə salmaq lazımdır. Hazırkı vəziyyətdə bunda qəbahət bir şey yoxdur”.  

 

V. Putin hökumətə sosial vəzifələrin yerinə yetirilməsi üzərində diqqəti cəmləşdirməyi və rublun dəstəklənməsi ilə əlaqəli məsələləri həll etməyi tapşırıb. O deyib ki, milli valyutanın kursu daha çox Mərkəzi Bankın vəzifəsidir: “Ancaq hökumətin maliyyə-iqtisadi bloku ilə müvafiq koordinasiya olmadan Mərkəzi Bank çətin ki, bu vəzifəni effektiv şəkildə həll edə bilsin”.  


Dövlət başçısı qeyd edib ki, iqtisadiyyatdakı çətinliklər təkcə xarici faktorlarla bağlı deyil: “Bu çətinliklər təkcə sanksiya xarakterli məhdudiyyətlərlə və ya obyektiv beynəlxalq konyuktura ilə əlaqəli deyil, həm də bizim sizinlə birlikdə etmədiklərimizlə bağlıdır və bunlar illər boyu yığılıb qalıb”.

Baş nazir Dmitri Medvedev iqtisadiyyatda çoxlu daxili problemlərin yığılıb qaldığı fikri ilə razılaşıb. O, vəd edib ki, 2015-ci ildə hökumətin fəaliyyəti bu problemlərin həllinə yönələcək. D. Medvedev etimada görə prezidentə təşəkkür edərək, öz adından və nazirlərin adından V. Putini Yeni il münasibətilə təbrik edib: “Etimada görə minnətdarlıq etmək və bir qədəh şampan şərabı içməyi təklif etmək istərdim”. V. Putin “yaxşı təklifdir, təşəkkür edirəm”, - deyə təkliflə razılaşıb.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35