Putin o qanunu imzaladi...
21 mart 2014 16:56 (UTC +04:00)

Putin o qanunu imzaladi...

Rusiya prezidenti Vladimir Putin Krım və Sevastopolun Rusiyaya birləşməsi haqqında razılığın ratifikasiya edilməsi, onların Rusiyanın tərkibinə daxil olması proseduru barədə qanunu imzalayıb. 
Sənədlərin imzalanması Kremlin Yekatrinburq zalında Federasiya Şurası və Dövlət Dumasından dəvət edilən deputatların müşayiəti ilə həyata keçirilib. 

Kremlə Federasiya Şurası və Dövlət Dumasının spikerləri Valentina Matvienko, Sergey Narışkin, eləcə də onların müavinləri, Dumadakı fraksiya liderləri dəvət ediliblər. 

Qeyd edək ki, Krımda mart ayının 16-da referendum keçirilib. Referenduma qatılanların 96 faizindən çoxu Rusiyanın tərkibinə qatılmaq barədə sualı müsbət cavablandırıb. Mart 18-də isə müvafiq razılaşma imzalanıb. 

Yenilikdən sonra Rusiya regionlarının sayı 83-dən 85-ə çatır. 2015-ci ilin yanvar ayının 1-dək keçid dövrü elan edilir. Bu zaman kəsiyində Krım və Sevastopolun iqtisadi, maliyyə, kredit və hüquq sisteminin Rusiya sisteminə inteqrasiya məsələləri həll ediləcək. 

Krımda dövlət dili rus, ukrayn və krım-tatar dili olacaq. Krımın Ukrayna ilə sərhəddi Rusiya sərhəddinə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3320

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23