Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək
22 oktyabr 2019 05:03 (UTC +04:00)

Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək

 

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mütəmadi görüşlər keçirəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

İki lider Suriyanın şimalında türk ordusunun hərbi əməliyyatı kontekstində vəziyyətin müzakirəsini davam edəcək.

“Suriyadakı vəziyyətin, təbii ki, ilk növbədə Türkiyə ordusunun Fərat çayı ətrafında apardığı hərbi əməliyyatın müzakirə ediləcəyi ehtimal olunur”, - deyən Uşakov, iki lider arasındakı növbəti görüşün ilin əvvəlindən bəri səkkizinci görüş olacağını bildirib. O xatırladıb ki, bu növbədənkənar görüş Putin və Ərdoğan arasında 15 oktyabrda baş tutmuş telefon danışığında razılaşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889
avatar

Oxşar yazılar