Prezidnetin olduğu tədbirdə snayper iki nəfəri yaraladı
01 mart 2017 00:10 (UTC +04:00)

Prezidnetin olduğu tədbirdə snayper iki nəfəri yaraladı

Fransanın Şaranta departamentində prezident Fransua Ollandın iştirakı ilə keçirilən tədbirdə baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə təhlükəsizliyi təmin edən jandarma işçisinin xidməti silahından təsadüfən atəş açılıb, nəticədə iki nəfər yaralanıb. 

 

İnsident Fransua Ollandın Tur və Bordo şəhərlərini birləşdirəcək yüksəksürətli qatarlar üçün yeni dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı baş verib.  

 

“Ümid edirəm, qorxulu heç nə baş verməyib” – deyə Olland atəş eşidərək bildirib.  

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar