Prezident yol qəzasına düşdü
02 noyabr 2017 21:50 (UTC +04:00)

Prezident yol qəzasına düşdü

0

Slovakiya prezidenti Andrey Kiska  yol qəzasına düşüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qəza oktyabrın 31-də baş versə də, hadisə barədə məlumat bu gün yayılıb.

 

Məlumata görə, A.Kiskanın olduğu limuzin Bratislavadan Poprad şəhərinə hərəkət edərkən digər nəqliyyat vasitəsi ilə toqquşub.   

 

Prezidentin xəsarət almadığı, mənzil başına polis avtomobili ilə çatdırıldığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar