Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi xidmətə çağırış yaşının 27-yə qaldırılması və hərbi xidmətdən möhlət hüququ verən əsasların sayının azaldılması haqqında qanun imzalayıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında bildirir.
“Qanun hərbi xidmətə çağırış yaşının 27-yə qaldırılmasını və Ukrayna vətəndaşlarına həqiqi hərbi xidmətdən möhlət hüququ verən əsasların sayının azaldılmasını nəzərdə tutur”, deyə məlumatda bildirilir.
Qanun çağırışçıların hərbi xidmətdən yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilməsini, müəyyən dövrdə müqavilə əsasında hərbi xidmətə qəbul olunan şəxslərin kateqoriyalarının siyahısının genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Ukrayna Ali Radası yanvarın 15-də prezident Pyotr Poroşenkonun 2015-ci ildə 3 mərhələli qismən səfərbərlik keçirilməsi haqqında fərmanının təsdiqləyib.