Plastinkalar satış həcminə görə kompakt-diskləri geridə qoydu
ABŞ səsyazma şirkətləri assosiasiyası tərəfindən 2019-cu ilin birinci yarısı üzrə musiqi sənayesinin gəlirləri haqqında dərc edilmiş hesabata əsasən, 20-ci əsrin sonundan etibarən vinil plastinkaların satış həcmi ilk dəfə kompakt disklərlə (CD) müqayisədə daha yüksək olub.
Lent/az “ictnews”a istinadən xəbər verir ki, 2007-ci ildə vinil plastinkanın qiyməti təxminən 4,8 dollar idi, 10 ildə bu məbləğ 28,4 dollaradək artıb. Eyni zamanda CD-lərin satış həcmi 34% azalıb və dövriyyəsi orta hesabla 1 milyarddan 698 milyon dollaradək azalıb.
Kompakt disklərə tələbatın azalması striminq xidmətlərinin populyarlaşması ilə izah edilir.
Lakin vinil plastinkalara marağın artması dinləmənin rahatlığı ilə izah olunmur. Bir çox insanları musiqinin vinil plastinkada səslənməsinin xüsusiyyətləri, oxuducunun işə salınması prosesi, unikal format və plastinkanın qablaşdırılması cəlb edir.
915