Türkiyədə daha bir əsgər şəhid olub.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şırnak şəhərində PKK terrorçuları hərbi hissəyə hücum ediblər.
İlkin məlumata görə, hücum zamanı bir əsgər ağır yaralanıb, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.