PKK terrorçuları AKP-in rayon üzrə təşkilat sədrini qaçırıblar.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, bu gün səhər saatlarında AKP-nin İspir rayon təşkilat sədri Salih Zeki Çetinkaya böyük qardaşı ilə birgə Ərzurumdan Şanlıurfaya gedirmiş. Bu zaman terroristlər tərəfindən onların hərəkətdə olduğu avtomobil saxlanılıb. Terrorçular avtomobildə olan şəxslərin üstündə axtarış edib. Bu zaman Salih Zeki Çetinkayanın üzərindən partiya bileti çıxıb. PKK-çılar onun əl-qolunu bağlayaraq naməlum istiqamətə aparıblar.