Sankt-Peterburq metrosunda dünən baş verən terror zamanı ölənlərin sayı 14 nəfərə çatıb.
Lent.az-ın lenta.ru-a istinadən məlumatına görə, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib.
V.Skvortsova deyib ki, partlayış zamanı 11 nəfər hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Səhiyyə naziri əlavə edib ki, yaralılardan 49 nəfərin hazırda xəstəxanada müalicəsi davam etdirilir, 13 nəfər isə evə buraxılıb.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb.