Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun 2017-ci martında 70 yaşı olması ilə əlaqədar o, yaxın zamanda istefaya göndərilə bilər.
APA-nın “Kommersanta” istinadən verdiyi xəbərə görə, qeyd olunan vəzifəyə artıq bir neçə məmurun namizədliyi nəzərdən keçirilir. Onların arasında Rusiyanın Çindəki səfiri Andrey Denisov, prezidentin mətbuat katibi Dmitri Peskov və XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı var.
Uşakovun özünün Avropa ölkələrindən birinə səfir təyin ediləcəyi istisna olunmur.