Suriyada Rusiya-İran əməkdaşlığı ABŞ-ın regiondakı fəaliyyətinə ciddi əngəl törədir. APA-nın xəbərinə görə, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri (CENTCOM) general Cozef Votel bildirib.
“Mən hesab edirəm ki, bu əməkdaşlıq bizim regiondakı hərəkətlərimizə çox mane olur”, - deyə general Senatda dinləmələr zamanı qeyd edib.