Moldova və Gürcüstan AB ilə assosiasiya sazişini payızadək imzalaya bilər
2014-cü ilin payızınadək Moldova və Gürcüstanın Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacağı gözlənilir.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında açıqlama verib.
«Biz Moldova və Gürcüstanın qəbul etdikləri qərarların payızın əvvəlində imzalarla təsdiqlənməsini gözləyirik»- deyə, o, vurğulayıb.
Qeyd edək ki, Moldova və Gürcüstan ötən ilin noyabrında Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar.