İordaniya kralı Abdulla baş nazir Abdulla Ənsurun başçılığı ilə yeni hökumətin and içdirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İordaniya tarixində ilk dəfə kral hökumətin təşkil olunmasında parlamentlə məsləhətləşib.
Xatırladaq ki, «Afrika baharından» sonra İordaniyada da krala qarşı etiraz aksiyaları keçirilib. Belə çıxışlar nəticəsində ölkə Ana Yasasında dəyişikliklər edilib. Kralın səlahiyyətlərinin bir hissəsi parlamentə verilib.
Yeni hökumət qarşısında duran başlıca vəzifə ölkə iqtisadiyyatını qorumaq məqsədi ilə dövlət borclarının azalmasına çalışmaqdır.