Pan Qi Munun qardaşı və qardaşı oğlu rüşvətxor imiş
11 yanvar 2017 03:44 (UTC +04:00)

Pan Qi Munun qardaşı və qardaşı oğlu rüşvətxor imiş

Nyu-York məhkəməsi BMT-nin sabiq baş katibi Pan Qi Munun qardaşı və qardaşı oğluna qarşı  rüşvətxorluq ittihamı irəli sürüb.

 

APA-nın “Reuters”-ə istinadən  verdiyi xəbərə görə, cinayət işi Vyetnamda binalar kompleksini 800 mln. dollara satmaq cəhdi ilə bağlıdır.

 

İttiham  Pan Qi Munun Nyu-Yorkda daşınmaz əmlakın satışı agenti vəzifəsində çalışan qardaşı oğlu Çu Xön Pan və eks – baş katibin doğma qardaşı Pan Qi Sana qarşı irəli sürülüb.  Onun Cənubi Koreyanın  “Keangnam Enterprises Co Ltd.” şirkətində baş müşavir  vəzifəsində çalışdığı bildirilir.

 

Hər iki şəxsin əlbir olaraq Yaxın Şərq ölkələrinin rəsmi nümayəndələrinə qarşı korrupsiya əməllərinə  yol verdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar