Pakistanda istidən ölənlərin sayı 1400-ü keçib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, ölkənin cənubunda yerləşən Sind əyalətində 10 gündən artıqdır ki, isti hava şəraiti davam edir. Karaçidə isti hava şəraiti ilə yanaşı tez-tez su ve elektrik enerjisinin kəsilməsi ölümlərin sayını daha da artırıb.
Əyalətinin baş həkimi Həsən Murad jurnalistlərə açıqlamasında iyunun 20-dən bu günə Sind əyalətində istidən ölənlərin sayını 1200-ə çatdığını deyib.
200-dən artıq cəsədin sahibsiz olduğu bildirilib.
Pakistanın Metrolgiya agentliyindən verilən açıqlamaya görə, sabahdan Kariçidə yağış yağacaq.