Pakistanda avtobusun partladılması nəticəsində azı 20 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli polis bildirib ki, olay ölkənin Bəlucistan əyalətində baş verib. Zəvvarlar İrandan ziyarətdən qayıdırmış.
Mənbə olay qurbanları arasında uşaq və qadınların olduğunu bildirib. Bu yanvarda Bəlucistan əyalətində avtobusa edilən ikinci basqındır.
Yanvarın birində avtobusa edilən basqın nəticəsində azı 3 nəfər həlak olmuşdu.
Bu qanlı olayın məsuliyyətini «Ləşkəre-Cəngəvi» qrupu üzərinə götürmüşdü.