Pakistan havadan müdafiə sisteminin aşkarlaya bilmədiyi “Ra"ad” (Hatf VIII) tipli qanadlı raketi uğurla sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan raket nüvə başlığı daşımaq imkanına malikdir. Raketin hədəf radiusu 350 km təşkil edir.
“Onun alçaq yüksəklikdə manevr edə bilmə qabiliyyəti müasir raketdən müdafiə sistemlərindən yayınmağa imkan vermir”, deyə bəyanatda bildirilib.
Məlumata görə, bu 2007-ci ildən bu vaxtadək sayca 7-ci sınağıdır.