Bağdad yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, kamikadze minalamış avtomobili toy mərasimi keçirilən əraziyə sürərək partladıb. Qonaqlar arasında yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu bildirilir.
Partlayış Fəllucə şəhərinin cənubundakı Əmiriyyə rayonunda törədilib.