Özbəkistan vətəndaşları ABŞ-a buraxılmaya bilər
02 noyabr 2017 06:32 (UTC +04:00)

Özbəkistan vətəndaşları ABŞ-a buraxılmaya bilər

0

ABŞ hakimiyyəti Nyu-Torkdakı terror aktından sonra Özbəkistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyula bilər.

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Amerika prezidentinin mətbuat katibi Sara Sanders deyib.

 

Özbəkistanın da qadağa siyahısına daxil edilib-edilməyəcəyi ilə bağlı suala Sara Sanders belə cavab verib: “Biz hazırda buna çağırış etmirik. Amma əlbəttə, istisna da deyil”.

 

Oktyabrın 31-də əslən Özbəkistandan olan 29 yaşlı Seyfullah Saipov idarə etdiyi avtomobili velosiped meydançasına sürüb, bir neçə nəfəri vurub, daha sonra isə atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 12 adam xəsarət alıb. Seyfullah Saipov polis tərəfindən saxlanılıb. İnsident terror aktı elan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar