Övladları həbs olunan nazirlər danışdılar
23 dekabr 2013 10:44 (UTC +04:00)

Övladları həbs olunan nazirlər danışdılar

Türkiyədə övladları "rüşvət əməliyyatı" çərçivəsində həbs edilən nazirlər baş verənlərə münasibət bildiriblər.
 
APA TV-nin məlumatına görə, iqtisadiyyat naziri Zəfər Çağlayan yazılı açıqlamasında bildirib ki, dekabrın 17-dən başlayan proses və yaşanan hadisələr ortaya çıxma və yaranma şəkli etibarilə normal deyil: "Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə qarşı-qarşıyayıq. Nə mənim, nə övladımın, nə də onun qədər dəyərli iş dostlarımın bir yanlışın içərisində olmasından söhbət gedə bilməz. Yaxın günlərdə hər şey açığa çıxacaq".
 
Nazir ümid etdiyini bildirib ki, Türkiyə bu prosesdən alın açıqlığı və millətin daha da güclənməsi ilə çıxacaq.
 
Daxili işlər naziri Müəmmər Gülər isə "rüşvət əməliyyatı"na Twitter vasitəsilə münasibət bildirib. O, "heç bir qanunsuz işimiz ola bilməz. Verə bilməyəcəyimiz heç bir hesab da yoxdur", yazıb.
 
Həmkarı Zəfər Çağlayan kimi Müəmmər Gülər də bəyan edib ki, yaxın günlərdə hər şey öz yerini tapacaq.
 
Daxili işlər naziri bildirib ki, yayılan sənədlərdə bir çox ziddiyyətlər var. Onun fikrincə, "rüşvət əməliyyatı" korrupsiya pərdəsi altında qurulmuş çox çirkin bir oyundur. Müəmmər Gülər istefaya hazır olduğunu bəyan edib.
 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Trabzondakı çıxışında deyib ki, bu ilin aprelindən Amerika Birləşmiş Ştatlarında Türkiyənin rəhbəri "rüşvət əməliyyatı"nda tutulan "Xalq bankı"na qarşı planlar qurulub.
 
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hökuməti korrupsiyaya uğramaqda ittiham edib. Onun sözlərinə görə, hökumətdə cəmi bir neçə nazir təmizdir. O, belə nazirlərdən birinin adını çəkib - baş nazirin müavini Əli Babacan. Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın son bəyanatlarını da sərt tənqid edib.
 
Bu arada isə iqtisadiyyat naziri Zəfər Çağlayanın həyat yoldaşının həbsdəki oğlunu görmək üçün Metris həbsxanasına gəlişinin görüntüləri yayılıb.
 
Songül Çağlayan oğlunun yanında təxminən 2 saat yarım qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23