Gəncədə qətl hadisəsi olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 86 yaşlı G. Əliyeva aldığı ağır xəsarətlərdən ölüb.
İlkin araşdırma zamanı yaşlı qadını bacısı oğlunun döyərək öldürdüyü məlum olub.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır .