ABŞ prezidenti Barak Obama Pentaqona müraciət edərək, bildirib ki, əgər Əfqanıstan hakimiyyəti ilə ordunun ölkə ərazisində qalması haqda müqavilə imzalanmazsa, o zaman cari ilin sonunadək Amerika hərbçilərinin çıxarılmasını planlaşdırsın.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, Barak Obama əfqan həmkarı Həmid Karzayı da məlumatlandırıb. Qeyd edək ki, Əfqanıstan prezidenti 2014-cü ilin dekabrından sonra NATO hərbçilərinin ölkə ərazisində qalması ilə bağlı müqaviləni imzalamaqdan imtina edir.
Bununla belə Ağ ev sənədin bu ilin aprelindən, Əfqanıstanda keçiriləcək prezident seçkisindən sonra imzalanmasına hazır olduğunu bildirib.
Ötən ilin noyabrında Həmid Karzay bildirmişdi ki, Ağsaqqallar şurası təsdiqlədikdən sonra xarici ölkələrin 15 minlik qoşunu Əfqanıstanda qala bilər.