Türkiyə hökuməti ABŞ-dan Fətullah Gülənin təhvil verilməsi prosedurunun başlamasına qədər 60 gün müddətinə həbs olunmasını tələb edib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Türkiyə F. Gülənlə bağlı ABŞ-a 2 rəsmi məktub göndərib. Məktublardan biri ABŞ Dövlət Departamentinə, digər isə Ədliyyə Nazirliyinə ünvanlanıb. Ədliyyə Nazirliyinə göndərilən məktubda F. Gülənin ekstradisiyası gerçəkləşənə qədər onun həbsi istənilib. F. Gülən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunur.
Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini istədi
199