İtaliyanın “Şimal Liqası” müxalifət partiyasının lideri Matteo Salvininin Neapol şəhərinə səfər etməsinə etiraz edən aksiya iştirakçıları ilə polis arasında baş vermiş qarşıdurma nəticəsində 34 insan xəsarət alıb.
APA-nın TG24 telekanalının saytına istinadən, polis 6 etirazçı saxlayıb.
Dinc olacağı gözlənilən aksiyada minədək etirazçı qatılıb. Bir neçə saatdan sonra aksiyaya qatılan radikallar Salvininin çıxış edəcəyi polis komissarlığını daş-qalaq ediblər. Bundan sonra polislərlə qarşıdurma baş verib.