Böyük Britaniya xarici işlər naziri Boris Consonu daşıyan təyyarə Londonun Luton hava limanında qəza enişi edib.
APA-nın məlumatına görə, bu barədə «The Guardian» xəbər verib.
Qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.
Böyük Britaniya XİN-i faktı təsdiqləyib. Qısa fasilədən sonra Boris Consonun rəhbərlik etdiyi XİN-nin nümayəndə heyəti Brüsselə yola düşüb.