Nazir ağır qəzaya düşdü
03 mart 2017 06:13 (UTC +04:00)

Nazir ağır qəzaya düşdü

0

Serbiyanın demoqrafiya siyasəti üzrə naziri Slavitsa Cukiç-Deyanoviç ağır  yol qəzasına düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində nazir müxtəlif sınıq xəsarətləri, sürücüsü isə baş nahiyəsindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Xəsarət alanların vəziyyətinin stabil olduğu bildirilir.

 

İlkin məlumata görə, minik  avtomobili ötmə manevri həyata keçirərkən qarşıdan gələn yük maşını ilə toqquşub. Araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar