NATO Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
27 fevral 2014 06:12 (UTC +04:00)

NATO Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Fevralın 26-da NATO-ya üzv olan dövlətləri müdafiə nazirlərinin Brüsseldə toplantısı olub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazirlər  Ukraynanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı bəyanat veriblər.

 

 

«NATO üzrə müttəfiqlər Ukraynanın suverenliyi və müstəqilliyini, ərazi bütövlüyünü, demokratik inkişafını, sərhədlərin toxunulmazlığı  əsasında ölkədə sabitliyi və təhlükəsizliyi dəstəkləməkdə davam edəcək»-deyə, sənəddə vurğulanıb.

 

Nazirlər qeyd edib ki, Ukraynanın Silahlı Qüvvələri ölkədəki vəziyyətə müdaxilə etmir: «Bununla belə vətəndaşı cəmiyyətinin iştirakı ilə Ukraynanın müdafiə sektoruna demokratik nəzarətin gücləndirilməsi vacibdir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar