NATO İstanbulda törədilən terror aktını pisləyib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qurum bununla bağlı bəyanat yayıb.
NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun müttəfiqi Türkiyənin kədərini bölüşdüyünü bildirib. Baş katib terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib. O bildirib ki, NATO- ya üzv olan ölkələr Türkiyəni yanındadır.